Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Energetika sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna İşçi Qrupunun iclası gələn il Bakıda keçiriləcək (FOTO)

Energetika sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna İşçi Qrupunun iclası gələn il Bakıda keçiriləcək (FOTO)

Tarix: 31 Yanvar 2020 14:16

Bakı. Trend:

Yanvarın 30-da Kiyevdə “Ukrayna-Azərbaycan” dəyirmi masası və “Energetika sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna İşçi Qrupu”nun növbəti iclası keçirilib.

Trend Energetika nazirliyinə istinadən bildiri ki, Azərbaycan nümayəndə heyəti əvvəlcə Kiyevdə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Sonra hər iki ölkənin müxtəlif sahələr üzrə ixtisaslaşmış 20 şirkətinin iştirakı ilə dəyirmi masa keçirilib. Dəyirmi masada çıxışında Energetika naziri, komissiyanın həmsədri Pərviz Şahbazov ötən ilin dekabrında Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkəmizə səfərinin və 200-ə yaxın şirkətin iştirakı ilə keçirilmiş biznes forumun iqtisadi əlaqələrimizin inkişafı və şirkətlərin qarşılıqlı investisiya layihələrində iştirakı üçün təkan verdiyini qeyd edib.

“Azərbaycan və Ukrayna arasında dostluğa əsaslanan siyasi münasibətlərin hazırkı səviyyəsi iqtisadi əlaqələrin uğurlu inkişafı üçün də təməl yaradır. Ukrayna indiyə kimi Azərbaycan iqtisadiyyatına 25,4 milyon ABŞ dolları, Azərbaycan isə Ukrayna iqtisadiyyatına 1,1 milyard ABŞ dolları həcmində investisiya yatırıb. Bugünkü toplantı bu göstəricilərin daha da artırılmasına töhfə verəcək”.

Ukraynanın İnfrastruktur naziri, komissiyanın həmsədri Vladislav Krikli də Azərbaycan ilə Ukrayna arasında siyasi və iqtisadi sahələrdə dinamik əməkdaşlığın davam etdiyini söyləyib. O bildirib ki, hər iki ölkə enerji, sənaye, kənd təsərrüfatı sahələrində birgə layihələrin reallaşmasında maraqlıdır: “Azərbaycan nümayəndə heyəti Kiyev şəhərindən öncə Odessada olub və orada neft emalı zavoduna baxış keçirilib. Düşünürəm ki, Azərbaycan neft və qaz məhsullarının Ukrayna üzərindən daşınması üçün alternativ yollardan istifadə edə bilər. Azərbaycan şirkətləri yol infrastrukturunun qurulmasında böyük təcrübəyə malikdir. Ona görə də Azərbaycan şirkətlərini Ukrayna yollarının yenidən qurulmasında iştirak etməyə çağırıram”.

Tədbirdə ölkəmizdə biznes mühitinin daha da yaxşılaşdırılması üçün Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli islahatlar kursu barədə məlumatlar verilib. Ukraynada investisiyayönümlü əməkdaşlıq təklifləri ətrafında müzakirələr aparılıb.

Sonra hər iki ölkənin energetika nazirləri Pərviz Şahbazov və Aleksey Orjelin iştirakı ilə “Energetika sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna İşçi Qrupu”nun növbəti iclası keçirilib. Energetika naziri Pərviz Şahbazov Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təminatında müasir rolu və Azərbaycan-Ukrayna enerji əməkdaşlığının inkişafı ilə əlaqədar yeni imkanlar barədə fikirlərini bölüşüb. Bildirilib ki, son 3 ildə Ukraynaya 1,9 milyon tondan çox Azərbaycan nefti nəql olunub. Eyni zamanda bu müddət ərzində “SOCAR Trading SA” şirkəti tərəfindən Ukrayna istiqamətində müxtəlif mənşəli xam neft və neft-qaz məhsulları təchiz edilib. “SOCAR Energy Ukraine” şirkətinin 300 milyon ABŞ dollarından çox investisiya yatırması və şirkətin geniş fəaliyyəti müsbət məqamlar kimi qeyd olunub. “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Ukraynanın Energetika və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu”nun imzalanmasının enerji əməkdaşlığının gələcək inkişafına müsbət təsir edəcəyi vurğulanıb.

Ukraynanın Energetika və Ətraf Mühitin Mühafizəsi naziri Aleksey Orjel isə Azərbaycanla enerji sahəsində əməkdaşlıq üçün potensial istiqamətlərdən bəhs edib. Aleksey Orjel bildirib ki, Ukrayna tərəfi Azərbaycan şirkətlərinin enerji sahəsinə investisiya qoyuluşunda maraqlıdır. Azərbaycanın neft-qaz məhsulları da Ukrayna vasitəsilə Avropa bazarlarına çıxarıla bilər.

İclasın yekunlarına dair Protokol imzalanıb və İşçi Qrupunun növbəti iclasının 2021-ci ildə Bakıda keçirilməsinə qərar verilib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Energetika sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna İşçi Qrupunun iclası gələn il Bakıda keçiriləcək (FOTO) Energetika sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna İşçi Qrupunun iclası gələn il Bakıda keçiriləcək (FOTO) Energetika sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna İşçi Qrupunun iclası gələn il Bakıda keçiriləcək (FOTO) Energetika sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna İşçi Qrupunun iclası gələn il Bakıda keçiriləcək (FOTO) Energetika sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna İşçi Qrupunun iclası gələn il Bakıda keçiriləcək (FOTO) Energetika sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna İşçi Qrupunun iclası gələn il Bakıda keçiriləcək (FOTO) Energetika sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna İşçi Qrupunun iclası gələn il Bakıda keçiriləcək (FOTO) Energetika sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna İşçi Qrupunun iclası gələn il Bakıda keçiriləcək (FOTO) Energetika sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna İşçi Qrupunun iclası gələn il Bakıda keçiriləcək (FOTO) Energetika sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna İşçi Qrupunun iclası gələn il Bakıda keçiriləcək (FOTO) Energetika sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna İşçi Qrupunun iclası gələn il Bakıda keçiriləcək (FOTO) Energetika sahəsində əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna İşçi Qrupunun iclası gələn il Bakıda keçiriləcək (FOTO)


Etiketlər:  Energetika sahəsində əməkdaşlıq üzrə Azərbaycan Ukrayna İşçi Qrupunun iclası gələn Bakıda keçiriləcək FOTO


RƏYLƏR