Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Yanvar 2020 22:34
Naməlum şəxslər ABŞ Prezidenti Donald Trampın Floridadakı iqamətgahına girməyə çalışıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, avtomobildə olan iki nəfər binanın mühafizə kordonlarını qıraraq əsas girişə tərəf yönəlib. Mühafizəçilər onları yalnız atəş açmaqla dayandıra biliblər. Bundan sonra avtomobildəkilər qaçaraq gizlənməyə çalışıblar. Ancaq onlar ələ keçirilib. Polis insidentin detallarını araşdırır.
Məlumata görə, Tramp bu gün axşam həmin iqamətgaha gedəcəkmiş.