Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kimlər arterial təzyiqini ölçməlidir?

Kimlər arterial təzyiqini ölçməlidir?

Tarix: 1 Fevral 2020 19:51

Yüksək arterial təzyiqin bir çox hallarda heç bir əlaməti olmadığı üçün xəstə bu barədə məlumatsız ola bilər. Buna görə də hər bir insan ən azı 3 ildən bir mütləq təzyiqini ölçdürməlidir.

Sonxeber.net xəbər verir ki, bu, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin hazırladığı maarifləndirci məlumatda qeyd olunub.

Bildirilir ki, arterial qan təzyiqi bəzi əhali qruplarında daha tez-tez, yəni ən azı ildə iki dəfə yoxlanmalıdır.

Bu qruplara kimlər aiddir?

Yaşı 45-dən yuxarı olanlar

Şəkərli diabeti olanlar

Hamilə qadınlar

Klimakterik dövrdə olan qadınlar

Artıq bədən çəkisi olanlar

Zərərli vərdişləri olanlar

Əvvəllər heç olmazsa, bir dəfə təzyiq göstəriciləri 140/90 mm civə sütunu olanlar


Etiketlər:  Kimlər arterial təzyiqini ölçməlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ