Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qorxulu olan təkcə koronavirus deyil, digər viruslar da var'' - AÇIQLAMA

''Qorxulu olan təkcə koronavirus deyil, digər viruslar da var'' - AÇIQLAMA

Tarix: 1 Fevral 2020 20:51

Hazırda Azərbaycanda sanitar-epidemioloji vəziyyət sabitdir və heç bir xəstəliyin alovlanması yoxdur.

Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin Sanitar epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov bildirib.

Onun sözlərinə görə, viruslarla bağlı təhlükə hər zaman və hər bir ölkə üçün var: "Çünki sərhədlər açıqdır, gediş-gəliş də var, hər şey ola bilər. Sadəcə, epidemioloji nəzarət sistemi yaxşı işləməlidir ki, bunun qarşısı alınsın. Bizdə bu sahədə həm təşkilati qurumlarımız, həm kadrlarımız, həm də laboratoriyalarımız var. Səhiyyəmiz buna hazırdır".

V.Qasımov deyib ki, Səhiyyə naziri ötən ilin axırında bununla bağlı əmr verib, bütün hazırlıq işləri görülüb: "Qorxulu olan təkcə koronavirus deyil, digər viruslar da var. Bunlar hamısı oxşar viruslardır. Ağciyər Xəstəlikləri İnstitutunda ağır xəstələr üçün xüsusi palatalar var, bütün hazırlıq işləri aparılıb".

V.Qasımov qeyd edib ki, hazırda ölkədə mövsümi xarakterli olan və bütün Avropa ölkələrində, o cümlədən də Azərbaycanda yayılan qrip virusudur. Koronavirusla bağlı isə ölkədə sakitlikdir.

Sektor müdiri viruslara yoluxmamaq üçün əhaliyə əlləri tez-tez yumağı, xəstələnən zaman həkimə müraciət etməyi, xəstə vəziyyətdə işə getməməyi, maskalardan istifadə etməyi məsləhət görüb.

Qeyd edək ki, artıq Çində koronavirus infeksiyalarına yoluxanların sayı 830-u, bu virus nəticəsində ölənlərin sayı isə 26-nı ötüb.

Koronavirusun qeydə alındığı Çinin Hubei əyalətində giriş-çıxışın məhdudlaşdırıldığı şəhərlərin sayı 9-a çatıb. Uhan şəhərindən sonra Eçjou, Xuanqan, Syantao, Çjiçzyan, Çyançzyan, Xuanşi, Enşi və Syannin şəhərlərinə də giriş-çıxış bağlanıb. Ötən gün Uhan şəhərində ən ciddi karantin elan olunub.


Etiketlər:  Qorxulu olan təkcə koronavirus deyil digər viruslar AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ