Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İnsanların yavaş qaçmasının elmi səbəbi açıqlandı

İnsanların yavaş qaçmasının elmi səbəbi açıqlandı

Tarix: 1 Fevral 2020 21:06

Bu zamana qədər qaçaraq ən yüksək sürətə çata bilən insan olan Usain Bolt, 37.6 km/saat sürətə çata bilmişdi. Bəs Usain Boltun rekordu qırıla bilərmi? Ya da kbiri, insan ən çox hansı sürətlə qaça bilər?

Usain Bolt, 2009-cu ildə qatıldığı 100 metr qaçışında 37.6 km/s sürətə çataraq dünya rekordunu qırmışdı. Usain Boltdan başqa braziliyalı futbolçu Bruno Enrike, 38 km/s sürətə çataraq ən sürətli futbolçu oldu.

Usain Bolt və Bruno Enrike belə olsa, insanların qaçaraq çata biləcəkləri sürətin bir sərhədi var. Çata biləcəyimiz sürətin bir sərhədi olmasının ana səbəbi, yalnız iki ayağımızın olmasıdır. 2010-cu ildə aparılan araşdırmalar, insan bədəninin daha yüksək sürətlərə çatması üçün lazım olan xüsusiyyətləri sıraladı.

Araşdırmaçılardan biri, Cənubi Metodist Universitetinin biomexanika üzrə araşdırmaçısı və fizioloqu Peter g.Veyand, insanların qaçanda əldə etdikləri sürətin, qəti olaraq bir sərhədi olduğunu söyləyir. Veyand, insanların daha sürətli qaça bilməsi üçün qaçarkən ayaqların yerə dəydiyi qısa anlarda daha böyük qüvvət yaratması lazım olduğunu ifadə edir.

Peter G. Veyand, daha uzun ayaqların, daha yüksək sürətlərə çatmaq üçün çox daha faydalı olacağını deyir.

Dr. Veyand belə danışdı: "Mühüm olan addımların yerlə daha çox təmas etməsidir. Etdiyimiz hər şeydə, robotlar, süni üzvlər; hamısı üçün bu əhəmiyyətli bir fiziki prinsipdir".

Milli.Az


Etiketlər:  İnsanların yavaş qaçmasının elmi səbəbi açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ