Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çində koronavirusdan ölənlərin sayı 304 nəfərə çatdı

Çində koronavirusdan ölənlərin sayı 304 nəfərə çatdı

Tarix: 2 Fevral 2020 09:06

Çində koronavirusa yoluxanların sayı 13,8 min nəfərə, ölənlərin sayı 304 nəfərə çatıb.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə üzrə Komitəsi bir gün əvvəl yoluxanların sayının 11791, ölənlərin sayının isə 295 olduğu bildirirdi. Virus ən çox Hubey əyalətində yayılıb.

Burada koronavirusuna yoluxanların sayı 9074 nəfər, ölənlər isə 294 nəfər olub. Uxan şəhərində isə bu saylar - 4109 nəfər yoluxan, 224 nəfər isə öləndir. Virusun yayıldığı vilayətlər arasında, həmçinin Çjeçzyan (599 nəfər), Quandun (535 nəfər), Xenan (422 yoluxma və 2 ölüm) əyalətlərinin adları var.

Pekində artıq 168 yoluxmuş şəxs müəyyənləşdirilib, 1 ölüm qeydə alınıb.


Etiketlər:  Çində koronavirusdan ölənlərin sayı nəfərə çatdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ