Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2020 16:46
Bakı. Trend:
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Qerasimov və NATO-nun Avropadakı Birgə Silahlı Qüvvələrinin Baş Komandanı Tod Uolters arasında danışıqları təxminən 6-7 fevral tarixlərində Bakıda keçirmək planlaşdırılır.
Trend xəbər verir ki, bu barədə diplomatik mənbədən məlumat verilib.
Məlumatda deyilir: "Qarşıdan gələn həftə, təxminən 6-7 fevral tarixlərində Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisi, Müdafiə Nazirinin birinci müavini ordu generalı Valeriy Qerasimov ilə NATO-nun Avropadakı Birgə Silahlı Qüvvələrinin Baş Komandanı, Amerikalı general Tod Uolters arasında danışıqlar planlaşdırılır. Görüşün gündəliyi barədə yalnız tərəflər bilirlər. Bakı ənənəvi görüş yeridir".
Qeyd edək ki, Rusiya-NATO formatında əvvəlki görüş noyabrın 26-da Bakıda keçirilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin