Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşağının cinsiyyəti, əslində neçə yaşın var, sənə heyran olan… – Sosial şəbəkələrdəki testlər fərdi məlumatlarınızı oğurlayır

Uşağının cinsiyyəti, əslində neçə yaşın var, sənə heyran olan… – Sosial şəbəkələrdəki testlər fərdi məlumatlarınızı oğurlayır

Tarix: 2 Fevral 2020 23:36

Heç bu testlərin təhlükəli olduğunu düşünmüsünüzmü?

"İlk uşağının cinsiyyəti nə olacaq?", "Əslində neçə yaşın var?", "Sənə ən çox heyran olan kimdir?" yəqin ki, hər biriniz sosial şəbəkələrdə bu kimi testlərlə qarşılaşmısınız. Testləri daha çox "OMG", "Captan Quizz", "IamFunny" "Nametest.com" saytları keçirir. Şəbəkə istifadəçiləri proqrama daxil olub testi keçmək istədikdə, proqramı idarə edən süni intellekt bəzi icazələr istəyir. Məsələn, istifadəçinin sosial şəbəkə profili, elektron poçt ünvanı, ad, soyad, dostluq siyahısı, zaman tunelindəki paylaşımları, doğum günü tarixi və şəkillər kimi vacib informasiyalar.

Test zamanı istənilən həmin məlumatlar istifadəçilər üçün hansı təhlükələri yaradır?

Sonxeber.net ted.az-a istinadən bildirir ki, İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis Fərid Zeynalovun dediyinə görə, fərdi məlumatlara giriş istəyən proqramlarda hər zaman təhlükə ehtimalı var: "Bu kimi test proqramları elektron poçt ünvanı istəyirsə, bu istifadəçinin qarşısına reklam paylaşımlarını çıxarmaq məqsədilə də ola bilər. Amma hər bir halda fərdi məlumatların oğurlanması istisna edilmir. Bu proqramlar vasitəsilə xüsusi xidmət orqanları istifadəçilərin fərdi məlumatlarını ələ keçirə bilər. Məsələn, dostların siyahısını istəməklə istifadəçinin ətrafı haqqında da məlumat əldə oluna bilər".

İnformasiya təhlükəsizliyi üzrə əcnəbi mütəxəssis Andriy Brodetsky də sözügedən testləri "qara siyahı"ya salmağı tövsiyə edir: "Əgər əvvəllər kibercinayətkarlar insanların fərdi məlumatlarını ələ keçirmək üçün aylarla çalışırdılarsa, istifadəçi bu testləri etməklə onlara fərdi məlumatlarını qısa zamanda öyrənməyə "köməklik" göstərir. Bütün hallarda bu testlərdən uzaq olmaq tövsiyə edilir. Yox, mütləq ki, testi edib "Disneydə sənə ən çox bənzəyən qəhrəman kimdir?" sualına cavab istəyirlərsə, o zaman başqa bir profil açıb, orada daha az fərdi məlumatlarla bu testləri keçsinlər".


Etiketlər:  Uşağının cinsiyyəti əslində neçə yaşın sənə heyran olan Sosial şəbəkələrdəki testlər fərdi məlumatlarınızı oğurlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ