Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Fevral 2020 11:12
Bakı. Trend:
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər nəticəsində Mahmudçala adlanan ərazidə qanunsuz ov edən rayonun Xırmandalı kənd sakini Bayram Teymurov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, həmin şəxsdən müvafiq sənədləri olmayan İj-43 markalı ov tüfəngi, ov məqsədilə istifadə edilən səs qurğusu və 4 ədəd ov quşu aşkar edilərək götürülüb.
B.Teymurov barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin