Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çindən Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşlarının analizlərinin nəricələri açıqlandı

Çindən Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşlarının analizlərinin nəricələri açıqlandı

Tarix: 3 Fevral 2020 13:06

Çinin Uhan vilayətindən Türkiyəyə təxliyə edilən şəxslərdə koronavirus aşkarlanmayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan jurnalistlərə açıqlamasında bildirib.

"Çindən Türkiyəyə təxliyə edilən Türkiyə, Azərbaycan, Gürcüstan və Albaniya vətəndaşları hazırda karantin altındadırlar. Hazırkı məlumata əsasən, onların heç birində koronavirus aşkarlanmayıb. Təxliyə edilən şəxslər həkim nəzarətindədirlər", - deyə F. C. Yazqan qeyd edib.

Xatırladaq ki, Türkiyəyə məxsus ambulans-təyyarə yanvarın 31-də Çinin koronavirus yayılan Uhan şəhərinə yola düşüb. Fevralın 1-də təyyarə ilə ümumilikdə 42 nəfər təxliyə edilib ki, onlardan 32 nəfəri Türkiyə, 6 nəfəri Azərbaycan, digərləri isə Albaniya və Gürcüstan vətəndaşları olub. 

Milli.Az


Etiketlər:  Çindən Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşlarının analizlərinin nəricələri açıqlandı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR