Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2019 14:27
Bakı. Trend:
Azərbaycanda problemli kreditlərin həll modeli güclü sosial xarakterə malikdir.
Trend-in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Koreya Respublikasının Azərbaycandakı Səfirliyi və Koreya İnkişaf İnstitutu ilə birgə “Problemli Kreditlərin Həlli: Azərbaycan və Koreya Təcrübəsi” mövzusunda keçirdiyi beynəlxalq konfransda Mərkəzin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı deyib.
V.Qasımlı bildirib ki, Azərbaycanda problemli kreditlərin həllinin beynəlxalq təcrübədən fərqi böyükdür:
"Problemin həlli daha qısa bir müddətdə baş verir. Problemli krediti olan fiziki şəxslərin 90 faizindən artığı qərarın əhatə dairəsinə düşüb. Bu kreditlərin həllini bütünlüklə dövlət öz üzərinə götürüb. Beləliklə, banklar və əhali yükdən azad olur. Problemli kreditlərindən həllindən sonra bank sektoru tamamilə yeni mərhələyə çıxlb”.
Daha sonra tədbirdə Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Tong Op çıxış edib. Kim Tong Op deyib ki, Koreya problemli kreditlərin həlli mövzusunda böyük təcrübəyə malikdir. Azərbaycan dövləti ilə yeni təcrübə mübadiləsi bu istiqamətində yeni imkanların əldə olunması ilə nəticələnəcək.
Gələcəkdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Koreya İnkişaf İnstitutu arasında hər iki ölkənin iqtisadi inkişaf modelləri üzrə təcrübə mübadiləsi nə zərdə tutulur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin