Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsgəndər Həmidov komaya düşdü - Aparata qoşuldu

İsgəndər Həmidov komaya düşdü - Aparata qoşuldu

Tarix: 4 Fevral 2020 09:36

Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidov komaya düşüb.

Sonxeber.net baku.ws-ə istinadən xəbər verir ki, bu barədə tibb elmləri doktoru, professor Adil Qeybulla məlumat verib:

"Artıq xeyli vaxtdır, dəyərli dostumuz, Milli-azadlıq hərəkatının və Azərbaycan Xalq Cəbhəsinin öncüllərindən biri, Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidov kritik durumdadır.
Bu ilin 24 yanvar tarixində, təxminən saat 17:00 radələrində bayır gəzintisi zamanı İsgəndər bəyin halı qəflətən pisləşib, huşunu itirib yıxılıb. Təcili xəstəxanaya çatdırılsa da, onu özünə gətirmək mümkün olmayıb. 

Hazırda İsgəndər Həmidovun müalicəsi Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində intensiv şəkildə davam etdirilir. O, komadadır, vəziyyəti ağırdır, süni ventilyasiya aparatına qoşulub.

Türkiyədəki həkimləri ilə intensiv danışıqlar gedir".


Etiketlər:  İsgəndər Həmidov komaya düşdü Aparata qoşuldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ