Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Fevral 2020 12:24
Bakı. Trend:
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 3-də 59,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,29 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 59,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,22 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 52,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,65 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 53,52 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 3,15 dollar/barel azdır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin