Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avtomobillə ölkəyə siqaret və yaddaş qurğuları keçirən şəxs saxlanıldı

Avtomobillə ölkəyə siqaret və yaddaş qurğuları keçirən şəxs saxlanıldı

Tarix: 4 Fevral 2020 13:32

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Hyundaı Elantra" markalı minik maşını ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Avtomobilə gömrük baxışı zamanı nəqliyyat vasitəsinin yük yerində 2000 ədəd "Marlboro" markalı siqaret və üzərlərində "Expansion 2 TB", "Expansion 1 TB" yazılan 10 ədəd kompüter yaddaş qurğuları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Avtomobillə ölkəyə siqaret yaddaş qurğuları keçirən şəxs saxlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ