Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2020 22:04
Mərkəzi Bankın valyuta ehtiyatları 2020-ci il yanvarın 31-ə olan vəziyyətə görə 6,34 milyard dollar təşkil edib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu göstərici il ərzində 12,1 faiz artıb.
2020-ci ilin yanvar ayında Mərkəzi Bankın valyuta ehtiyatları 140 milyon dollar (0,7 faiz) artıb.
2020-ci il yanvar ayının yekunlarına əsasən pul kütləsi 11,543 milyard manat təşkil edib. Bu, 2019-cu ilin yekunları ilə müqayisədə 5 faiz azalıb, illik müqayisədə isə 32,5 faiz azalıb.
Yanvar ayı ərzində ölkədə pul kütləsinin həcmi 607,5 milyon manat azalıb.