Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2020 14:05
Meyxanaçı Mahir Cürət səhhəti barədə danışıb.
Sonxeber.net xəbər verir ki, söz ustadı ölkə.az-ın əməkdaşı ilə söhbətində bildirib ki, maddi durumu yaxşı olmadığından müalicə oluna bilmir:
''Səhhətim yaxşı deyil, lakin maddi imkanım yaxşı olmadığından müalicə oluna bilmirəm. Yanvar-fevral ayında toy bazarı zəif olduğu üçün məclislərə də gedə bilmirəm. Sonuncu dəfə iki ay bundan əvvəl toyda olmuşam. Üstəlik, oğlum da əsgərlikdə olduğu üçün maddi vəziyyətim heç ürəkaçan deyil".
Mahir Cürət narkotik asılılığından əziyyət çəkməsi barədə də söz açıb:
''Narkotik müalicəm hələ də davam edir. Üstəlik, yarımçıq qalıb. Aydın Xırdalanlının vəfatından sonra telekanallar dəvət etdi ki, ''verilişə çıx səni narkodispanserə göndərək''. Mən Aydın kimi də çox aludəçi olmamışam. Bacardığım qədər narkotikdən uzaq durmağa çalışmışam. Lakin hələ də əziyyətini çəkirəm. Çünki narkotikin əziyyəti ömürlükdür. Uzaq qalmağa çalışsam da, hərdən dərman içib özümü idarə edirəm''.
Qeyd edək ki, Mahir Cürət uzun müddətdir ki, astma-bronxit xəstəliyindən və narkotik asılılığından əziyyət çəkir.