Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bethoven eşidirmiş - Sensasiyalı açıqlama

Bethoven eşidirmiş - Sensasiyalı açıqlama

Tarix: 6 Fevral 2020 21:18

Musiqi tarixçisi Teodor Albrext sensasiyalı açıqlaması ilə dünya gündəminə düşüb.

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, o, dünyaca məşhur bəstəkar Lüdviq van Bethovenin kar olmadığını iddia edib.

Əsasən ömrünü Bethovenin həyatını araşdırmaqla keçirən tarixçi, musiqiçinin dostları ilə söhbətlərinin qeyd olunduğu yüzdən çox dəftəri oxuyub.

Axtarışlar nəticəsində Teador bəstəkarın ömrünün son günlərinə qədər sol qulağının eşitməsi ilə bağlı 10-dan çox fakt aşkarlayıb.

Dəftərdə həmin dövrdə səsləri eşitmədiyi deyilən Bethovenin 9 nömrəli simfoniyasının premyerası zamanı musiqidən həzz aldığı qeyd edilir.

Qeyd edək ki, bəstəkarın 1801-ci ildə eşitmə problemləri yaşamağa başladığı və 1817-ci ildə kar olduğu deyilirdi.


Etiketlər:  Bethoven eşidirmiş Sensasiyalı açıqlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ