Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Fevral 2020 22:00
Xəbər verdiyimiz kimi, dünən "Pegasus" hava yollarına məxsus "Boeing 737-800" tipli sərnişin təyyarəsi istanbulun Sabiha Gökçen hava limanında sərt eniş səbəbindən enmə-uçuş zolağından çıxaraq 3 hissəyə parçalanıb. Qəza nəticəsində, son məlumata əsasən, 1 nəfər ölüb, 157 nəfər yaralanıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, "Pegasus"a məxsus təyyarələrin iştirakı ilə belə qəzalar ilk dəfə deyil ki, baş verir. Belə ki, son iki il ərzində daha 2 bənzər hadisə yaşanıb.
Yanvarın 7-də Birləşmiş Ərəb Əmirliklərindən İstanbula gələn "Pegasus" hava yollarına məxsus PC 747 səfər sayılı sərnişin təyyarəsi eniş zamanı zolaqdan çıxmışdı. Qəzada ölən və yaralanan olmamışdı.
Trabzon səfərini gerçəkləşdirən "Boeing 737-800" sərnişin təyyarəsi 2018-ci il yanvarın 14-də hava limanına endikdən sonar manevr zamanı zolaqdan çıxmış və dərədə torpaq örtüyə ilişərək qalmışdı. Təyyarədəki 162 sərnişin qısa müddətdə təxliyyə olunmuşdu. Təyyarənin zolaqdan çıxma səbəbi isə bilinməmişdi.