Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kosta "Liverpul"la oyuna hazır olacaq?

Kosta

Tarix: 12 Fevral 2020 09:56

"Atletiko"nun futbolçusu Dieqo Kosta Çempionlar Liqasının 1/8 finalında "Liverpul"la ilk matça kimi hazır olacaq.

Qol.az "AS" nəşrinə istinadən yaydığı xəbər verir ki,  fəqərəarası disk yırtığından müalicə olunan ispan hücumçu artıq komanda ilə ümumi məşqlərə qoşulub.  Onun "Liverpul"a matçda meydana çıxmağa hazır olacağı bildirilib. Baş məşqçisi Dieqo Simeone şans verəcəyi təqdirdə, o, oyunda iştirak edəcək.

Qeyd edək ki, Kosta əməliyyat olunduğu üçün noyabrdan oynamır.

Xatırladaq ki, "Atletiko" - "Liverpul" görüşü fevralın 18-i keçiriləcək.

 


Etiketlər:  Kosta Liverpulla oyuna hazır olacaq


RƏYLƏR