Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2020 10:30
“Beşiktaş”ın sabiq çalışdırıcısı Abdullah Avcı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) təklifini müsbət cavablandırmayıb .
Qol.az xəbər verir ki, bu barədə “TRT Spor” kanalı məlumat yayıb. Bildirilib ki, AFFA-nın icraçı vitse-prezidenti - baş katibi Elxan Məmmədovla görüşən türk mütəxəssis milli komanda çalışdırmaq istəmədiyini bildirib. O, həmçinin istirahət etmək istədiyini vurğulayıb.
AFFA-da bildirilib ki, Avcı həqiqətən millimizin baş məşqçi vəzifəsinə namizədlər arasında olub. Amma bu qurumdan onunla heç kim şəxsən danışıq aparmayıb.
Xatırladaq ki, "Beşiktaş" ötən ay A.Avcı ilə yolları ayırıb.