Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2020 14:57
"Azərbaycan Prezidentinin Münxen konfransında ənənəvi iştirakı əməkdaşlıq və təhlükəsizlik kontekstində hər dəfə yeni yanaşmalar və ideyalarla müşayiət olunur".
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
Politoloqun sözlərinə əsasən, Avropa və dünya Azərbaycanın sabit və etibarlı qaz və neft təchizatçısı kimi əvəzsiz rolunu sonadək qüsursuz icra edəcəyi barədə çox vacib mesajı bir daha aldı:
"Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ən etibarlı partnyor olduğunu bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev Münxendə Avropanın enerji təhlükəsizliyi və əməkdaşlıq konsepsiyasına yeni strateji tezislər gətirdi. Prezident öz çıxışında ilk növbədə daha çox məhz Avropanın enerji təhlükəsizliyi üçün önəm daşıyan çağırış etdi. Məlumdur ki, Cənub Qaz Dəhlizi daha əvvəllər Azərbaycanın səyləri ilə Avropa Birliyinin ümumi maraqlarında olan layihələr sırasına salınıb. Azərbaycan Prezidentinin yeni qaz seqmenti sayılan İon-Adriatik kəmərinin ikinci fazasının da Avroittifaqın layihələri sırasına salınması barədə təklifi Avropa Birliyinə yeni strategiya təqdim etmək baxımından çox əhəmiyyətlidir.
OPEK+ formatının davamlılığı barədə Prezident İlham Əliyevin yeni çağırışı dünya neft qiymətləri məsələsində Münxen konfransının səmərəsini hələ uzun illər göstərəcək.
Alternativ enerji mənbələrinin yaradılması istiqamətində Azərbaycanın gördüyü və görəcəyi işlər barədə Prezidentin bəyanatları da praktik əhəmiyyəti ilə seçilir.
Münxen platforması Azərbaycanı bəzi məqamlarda Ermənistanın ayağına verən müəyyən strukturların nə qədər ədalətsiz mövqe tutduqlarını dünyanın gözündə ifşa etdi.
Azərbaycan lideri Qarabağ probleminin həllində hər bir razılaşmanın zamanında icrasının nə qədər zəruri olduğuna bir daha diqqət cəlb etdi. Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlıq məsələsinin gündəmə gətirilməsi Ermənistanın "hamının hamıya" prinsipi əsasında əsir-girov dəyişdirmə razılaşmasına necə təxribatlar törətdiyini ortaya qoydu. Dünya Azərbaycan vətəndaşlarının istənilən situasiyada dövlət himayəsində olduğunu bir daha gördü.
Azərbaycan Prezidenti Münxen konfransının tarixində siyasi, iqtisadi, təhlükəsizlik, strateji və humanitar prinsiplərin nümayişi baxımından yeni səhifə yazdı".