Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Görmə qüsurlu xanım, beyninə bağlanan implantla görə bildi

Görmə qüsurlu xanım, beyninə bağlanan implantla görə bildi

Tarix: 15 Fevral 2020 22:51

Araşdırmaçılar görmə maneəli insanlar üçün birbaşa beynə bağlanan yeni bir implant yaratdılar. Görmə qüsurlu qadın, yaradılan yeni sistemlə keçiriəln sınaqlardan sonra dünyanı aşağı dəqiqlikli olsa da, görə bildi.

Bernardeta Qomez adlı 57 yaşındakı ispaniyalı bir qadın, təxminən 16 ildir görmə qüsuru ilə həyatını davam etdirir. Toksik optik aparatı, hələ 42 yaşındaykən gözlərini beynə bağlayan sinirləri yox etdi və onu tamamilə görə bilməz hala gətirdi. Qomez, hətta işığı belə müəyyən edə bilmir.

16 illik qaranlıq dünyadan sonra, Qomezə, dünyanı parlayan ağ-sarı nöqtələr və şəkillərlə çox aşağı dəqiqlikli formada görə bildiyi bir eynək verildi. Üzərində kamera sistemi olan eynək, canlı video axışını işləyən və elektronik siqnallara çevirən bir kompyuterə bağlanır. Sistem, bir kabel köməyi ilə Qomezin kəllənin arxasına yerləşdirilmiş beyninin arxasındakı vizual korteksə bağlı 100 elektrodlu bir implanta bağlanır.

Qomez, sistem sayəsində tavandakı lampaları, insanları təyin edə bildi.


Etiketlər:  Görmə qüsurlu xanım beyninə bağlanan implantla görə bildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ