Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Fevral 2020 11:50
Fevralın 16-da Dubayda Karate 1 Premyer Liqa turnirinin son günündə Azərbaycan karateçiləri qızıl və bürünc medallar uğrunda mübarizəyə başlayıblar.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, finala vəsiqə qazanan Rafael Ağayev (75 kq) turnirdə birinci yer uğrunda döyüşür. Həlledici qarşılaşmada onun rəqibi Luici Busadır (İtaliya). Digər karateçilərimizdən Rafiz Həsənov (67 kq) və İrina Zaretska (68 kq) bürünc medal uğrunda mübarizə aparırlar. R.Həsənov Burak Uyğur (Türkiyə), İ.Zaretska isə Alize Ajye (Fransa) ilə güclərini sınayır.
Bu nüfuzlu yarışda 85 ölkədən 571 karateçi mübarizə aparır.