Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2019 12:33
Bakı. Trend:
Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi "Bakcell" şirkəti informasiya texnologiyaları vasitəsilə qadınların liderlik bacarığının artırılması istiqamətində layihəyə dəstək göstərir.
Trend-in məlumatına görə, “Sabirabadda Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyi ilə birgə BMT-nin İnkişaf Proqramı çərçivəsində yaradılmış Salyan və Sabirabad Qadın Resurs Mərkəzlərində (QRM) həyata keçirilən layihənin məqsədi adıçəkilən rayonlarda qadınları İKT alətləri ilə tanış etmək, bu sahədə onların bilik və bacarıqlarını artırmaq və yeni texnologiyalar vasitəsilə qadınların liderlik bacarıqlarının inkişafına dəstək göstərməkdir.
Layihə çərçivəsinə hər iki QRM-nin fəaliyyəti, qadınların uğur hekayələri və fərdi inkişafla bağlı məlumatları əks etdirən xüsusi İnternet portalı (www.azqrm.net) yaradılıb. Həmin portalda bacarıqların artırılması ilə bağlı vebinarlar yerləşdirilib. Bu portal vasitəsilə hər iki rayonun QRM üzvləri Mərkəzə gəlmədən məşğulluq və bizneslə məşğul olmaqla bağlı məlumat mübadiləsi apara biləcəklər.
Sabirabad və Salyan rayonlarında azqrm.net portalının təqdimatı, “Şəbəkələşmə” və “Məşğulluq, peşə və əlavə gəlir” mövzularında seminar keçirilib. Hər iki tədbirdə rayon mərkəzlərindən və kəndlərdən 25-ə yaxın qadın iştirak edib.
Bakcell şirkəti özünün Korporativ Sosial Məsuliyyət (KSM) proqramı çərçivəsində qadın məşğulluğunun və sahibkarlıq fəaliyyətinin inkişafına dəstək verir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin