Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Holand Ronaldonun pəhrizindən istifadə edir - Səbəbi...

Holand Ronaldonun pəhrizindən istifadə edir - Səbəbi...

Tarix: 19 Fevral 2020 20:10

"Borussiya"nın futbolçusu Erlinq Holand "Yuventus"un oyunçusu Kriştiano Ronaldonun pəhrizindən istifadə edir.

Qol.az xəbər verir ki, bu barədə 19 yaşlı hücumçunun atası Alfi Holand ESPN-ə müsahibəsində deyib:

"Partis Evra Ronaldonun etdiyi şam yeməyinin tarixçəsi haqda danışmışdı. Onun salat və toyuqla qidalandığını söyləmişdi. Erlinq də Ronaldonun yediklərini yeyir. Çünki Kriştiano 35 yaşındadır və hələ də dünyanın ən yaxşı oyunçularından biridir. Bu isə onun verdiyi qərarların düzgün olduğunu göstərir".

Qeyd edək ki, Ronaldonun pəhrizində 6 fərqli yemək var. O, makaron və toyuğu duzsuz yeyir. Portuqaliyalı oyunçu səhər yeməyində portağal,ananas şirəsi və su içir. Kriştiano eyni zamanda yuxu rejiminə diqqət edir. O, hər gecə 8 saat yatır və dördüncü yeməkdən sonra qısa müddətlik yatır.

 

 


Etiketlər:  Holand Ronaldonun pəhrizindən istifadə edir Səbəbi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ