Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni iPhone-larda 5G antena modulu olacaq

Yeni iPhone-larda 5G antena modulu olacaq

Tarix: 20 Fevral 2020 08:24

Çoxsaylı şayiələrə görə, "Apple" cari ildə "Snapdragon X55" modemi əsasında işləyən və beşinci nəsil mobil şəbəkələrini dəstəkləyən ilk smartfonlarını təqdim edəcək. Ancaq "Fast Company" şirkətinin yeni məlumatlarına əsasən, "Apple" korporasiyası "Qualcomm"un mövcud həllinin əvəzinə, öz antena modulundan istifadə etmək niyyətindədir. Bu, yarımkeçirici nəhəngdən asılılığı azaltmaq istəyi ilə bağlıdır.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, problem "Qualcomm QTM525" (mmWave) "5G" antenasının ölçüsü ilə bağlıdır. Belə ki, növbəti nəsil "iPhone" modellərinin incə korpusu üçün çox qalındır. Buna görə "Apple" şirkəti smartfonlarının dizaynına uyğun gələn antena modulunu özü hazırlayır. Ancaq hələ ki qəti qərar qəbul edilməyib, şirkət indi hər iki konstruksiya variantını nəzərdən keçirir.


Etiketlər:  Yeni iPhone larda antena modulu olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ