Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İsrail ordusu Suriyada və Qəzza zolağında qruplaşmanın mövqelərinə zərbələr endirib

İsrail ordusu Suriyada və Qəzza zolağında qruplaşmanın mövqelərinə zərbələr endirib

Tarix: 24 Fevral 2020 08:14

08:12

İsrailin ordusu Suriyada və Qəzza zolağında "İslam cihadı" qruplaşmasının mövqelərinə hava zərbələri endirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "İsrail Müdafi Ordusu Suriayda və Qəzza zolağında "İslam cihadı" terror qruplaşmasının mövqelərinə zərbələr endirib".

Qeyd edilir ki, zərbələr daha əvvəl İsrail ərazisi istiqamətində buraxılan raketlərə cavab olaraq həyata keçirilib.

Xatırladaq ki, daha əvvəl Qəzza zolağından İsrail ərazisi istiqamətində 21 raket buraxılıb. Raketlərdən 13-ü "Dəmir günbəz" raket hücumundan müdafiə sistemi ilə məhv edilib.

---------

02:22

İsrailin ordusu Qəzza zolağında "İslam cihadı" qruplaşmasının mövqelərinə hava zərbələr endirir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "İsrail Müdafi Ordusu hazırda Qəzza zolağında "İslam cihadı"nın mövqelərinə zərbələr endirir".

Xatırladaq ki, daha əvvəl Qəzza zolağından İsrail ərazisi istiqamətində 21 raket buraxılıb. Raketlərdən 13-ü "Dəmir günbəz" raket hücumundan müdafiə sistemi ilə məhv edilib.

Milli.Az


Etiketlər:  İsrail ordusu Suriyada Qəzza zolağında qruplaşmanın mövqelərinə zərbələr endirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ