Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Real"da ciddi itki - "El Klasiko"da oynamayacaq

Tarix: 24 Fevral 2020 19:10

"Real" İspaniya La Liqasının 26-cı turunda "Barselona" ilə oyuna itkilərlə çıxacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, zədəli Eden Hazardın ardından Rodriqonun da bu vacib görüşü buraxacağı dəqiqləşib.

Braziliyalı yarımmüdafiəçi "Real"in ikinci komandası olan "Kastilya"nın heyətində 3-cü liqada "San Sebastian Reyes"lə qarşılaşmada qırmızı vərəqə alıb. La Liqanın reqlamentinə əsasən Rodriqo növbəti matçda iştirak etməyəcək.

Qeyd edək ki, "Real" - "Barselona" oyunu martın 1-də keçiriləcək.

Milli.Az


Etiketlər:  Realda ciddi itki El Klasikoda oynamayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ