Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Fevral 2020 20:24
Azərbaycanla ticarət dövriyyəsinin artırılması Türkiyə üçün prioritetdir.
Sonxeber.net bildirir ki, bunu Trend-ə Türkiyənin Ticarət Nazirliyindən bildiriblər.
Nazirlikdən qeyd olunub ki, Türkiyənin əsas məqsədi Azərbaycanla ticarət dövriyyəsini 5 milyard dollaradək çatdırmaqdır.
2019-cu ilin yekunlarına əsasən iki ölkə arasında ticarət dövriyyəsi 2,033 milyard dolları keçib.
2020-ci ilin yanvarında Türkiyədən Azərbaycana ixrac 2019-cu ilin yanvarı ilə müqayisədə 33,58 faiz artaraq 118,318 milyon dollar təşkil edib.
Hesabat dövründə İstanbuldan Azərbaycana ixrac 45,49 faiz artıb və 69,667 milyon dollar, Ankaradan Azərbaycana ixrac 8,61 faiz artıb və 6,31 milyon dollara bərabər olub.