Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin növbəti iclası keçirilib

YUNESKO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin növbəti iclası keçirilib

Tarix: 25 Fevral 2020 09:42

Bu gün YUNESKO-nun "İnformasiya hamı üçün" Proqramının (İFAP) Azərbaycan Komitəsinin növbəti iclası keçirilib. Tədbirdə Milli Komitədə təmsil olunan dövlət qurumlarının, o cümlədən Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Turizm Agentliyi, Milli Arxiv İdarəsi, Azərbaycan Milli Elmlər Akademiyası, Elmin İnkişafı Fondu və Əqli Mülkiyyət Agentliyinin nümayəndələri, həmçinin QHT-lərin və ali təhsil müəssisələrinin nümayəndələri iştirak edib.

 

İclasda İFAP-ın Azərbaycan Komitəsinin sədri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) İnnovasiyalar və rəqəmli inkişaf şöbəsinin müdiri Rəşad Əzizov təqdimatla çıxış edib. O, İFAP proqramının ölkəmizin xaricdə tanıdılması və təbliği baxımından əhəmiyyətini qeyd edərək proqram haqqında, onun məqsədləri və prioritet sahələri barədə məlumat verib. Bildirib ki, "İnformasiya hamı üçün" Proqramı (İFAP) YUNESKO-nun 2001-ci ildə yaradılan unikal hökumətlərarası proqramdır. Məqsəd YUNESKO-nun üzv ölkələrinə milli informasiya siyasətinin formalaşması, bilik sahəsi üzrə strategiyanın hazırlanması və həyata keçirilməsinə dəstək göstərmək, həmçinin informasiya və biliklərin əldə edilməsi sahəsi üzrə fəaliyyət planlarının hazırlanması, beynəlxalq siyasi diskussiyalar və əməkdaşlıq üçün platformanın yaradılmasıdır.

 

Daha sonra "YUNESKO-nun "İnformasiya hamı üçün" Proqramının Azərbaycan Komitəsinin 2019-2021-ci illər üçün Tədbirlər Planı" üzrə 2019-cu ildə görülmüş işlər və qarşıda duran məsələlər haqqında məlumat verilib.

 

Qeyd olunub ki, Proqramın 6 prioritet sahəsi – "İnformasiyaya çıxış" ("İnformation accessibility"), "İnkişaf üçün informasiya" (İnformation for development"), "İnformasiya etikası" ("İnformation ethics"), "İnformasiya savadlılığı" ("İnformation literacy"), "İnformasiyanın qorunması" ("İnformation preservation"), "Kiberməkanda çoxdillilik" ("Multilingualism in Cyberspace") üzrə məsələlər Tədbirlər Planında öz əksini tapıb.

 

Milli Komitənin üzv-qurumlarının və ictimai təşkilatların nümayəndələri çıxış edərək, Tədbirlər Planının çərçivəsində görülmüş işlər haqqında məlumat veriblər. Bildirilib ki, Tədbirlər Planında 35 tədbir müəyyən edilib və onların 76 faizi artıq tam yerinə yetirilib.

 

İclasda "YUNESKO-nun "İnformasiya hamı üçün" Proqramının www.ifap.az saytının təqdimatı olub.

 

 

 

 

 




Etiketlər:  YUNESKO İnformasiya hamı üçün Proqramının Azərbaycan Komitəsinin növbəti iclası keçirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ