Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

PSJ-də iki ciddi itki

PSJ-də iki ciddi itki

Tarix: 25 Fevral 2020 14:04

PSJ-nin futbolçuları Tiaqo Silva və Ander Herrera Fransa çempionatının 26-cı turunda "Bordo" ilə matçda zədələniblər.

Qol.az klubun saytına istinadən xəbər verir ki, bu səbəbdən Silvanın üç həftə, Herreranın isə üç ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Beləliklə, hər iki oyunçu Çempionlar Liqasının 1/8 finalında Dortmund "Borussiya"sı ilə cavab görüşün buraxacaq.

Qeyd edək ki, PSJ - "Borussiya" oyunu martın 11-i keçiriləcək. Bu komandalar arasında ilk matçda Dortmund klubu 2:1 hesabı ilə qalib gəlib.

 


Etiketlər:  ciddi itki


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ