Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan karateçisi olimpiadaya lisenziya qazandı

Azərbaycan karateçisi olimpiadaya lisenziya qazandı

Tarix: 29 Fevral 2020 12:30

Azərbaycan karateçisi Rafael Ağayev Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Milli Karate Federasiyasının Media və İctimaiyyətlə İşlər katibi Sənan Məhərrəmov məlumat verib.

Onun sözlərinə görə, Karate1 Premyer Liqa turnirinin ilk günündən sonra xallar hesablandıqdan sonra Ağayev olimpiadaya vəsiqəni rəsmiləşidirib:

"Normalda bunun üçün Ağayev Karate1 Premyer Liqa turnirində 3 qələbə qazanmalı idi. Amma dünənki nəticələrdən sonra onun aktivinə 210 xal yazılıb. Nəticədə azərbaycanlı karateçi ən yaxın izləyiciləri üçün əlçatmaz olub. Məşqçilər də bu xəbəri təsdiqləyiblər".

Xatırladaq ki, bu, karate yarışlarda Tokio-2020-ə 2-ci lisenziyadır. Bundan əvvəl qadın idmançı İrina Zaretska Dubaydakı Premyer Liqa yarışından sonra olimpiadaya lisenziya qazanmışdı.

Milli.Az


Etiketlər:  Azərbaycan karateçisi olimpiadaya lisenziya qazandı


RƏYLƏR