Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Fevral 2020 14:50
Koronavirus epidemiyası Avstraliya, Bəhreyn və Vyetnamda "Formula-1" yarışlarında dünya çempionatı mərhələlərinin təxirə salınmasına səbəb olmayacaq.
Sonxeber.net Day.Az-a istinadən xəbər verir ki, bunu turnir hüquqlarını özündə daşıyan "Liberty Media" şirkəti bəyan edib.
Bildirilib ki, Avstraliya, Bəhreyn və Vyetnamda "Formula-1" yarışları planlaşdırılmış qrafikə uyğun keçiriləcək: " İtaliyadan yarışa gələn komandalar xüsusi həkim briqadası tərəfindən yoxlanılacaq. Mövsüm təqvimə uyğun davam edəcək. Çindəki mərhələ isə istisna olunur".
Qeyd edək ki, "Formula-1"in yeni mərhələsi martın 13-də Avstraliyada start götürəcək.
2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın əksər ölkələrini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 80 mini keçib, 2 mindən çox nəfər ölüb.