Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Mart 2020 22:40
Polşada 25 yaşlı gənc model gözlərinə döymə etdirdikdən sonra kor olub.
Sonxeber.net xəbər verir ki, Aleksandra Sadovska adlı gənc model pərəstişkarı olduğu repçiyə görə inanılmaz addım atıb. O, özünü Popek adlı repçiyə bənzətmək üçün gözlərinə döymə etdirib. Aleksandra hər iki gözünün ağına qara döymə etdirdikdən bir neçə gün sonra ağrı hiss edib. Lakin döymə ustası gənc qıza ağrı kəsici içməsini məsləhət görüb. Gözlərinin ağrısı keçməyən Aleksandra xəstəxanaya gedib. Məlum olub ki, onun sağ gözü görmə qabiliyyətini tamamilə itirib.
Belə ki, məhkəməlik olan döymə ustası bildirib ki, bu işlə sırf pul qazanmaq məqsədi ilə məşğul olur və döymə üçün aldığı boya keyfiyyətsiz imiş. O, 3 il müddətində azadlıqdan məhrum edilib. (ölkə.az)