Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusdan qorunmaq üçün üzünüzü qırxın – Kişilərə MƏSLƏHƏT

Koronavirusdan qorunmaq üçün üzünüzü qırxın – Kişilərə MƏSLƏHƏT

Tarix: 3 Mart 2020 22:06

Uzun, sıx saqqal və bığ virusun asanlıqla toplananıb gizlənəcəyi yer olduğu və maska taxarkən üzə sıx yapışmasının qarşısını aldığı üçün kişilərə üzlərini qırxmaq tövsiyə olunur.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, Amerika infeksion xəstəliklər mərkəzi xüsusi inforqrafika hazırlayaraq, hansı tip və formada bığ-saqqalın viruslarla effektiv mübarizədə maneə olduğunu göstərib. Əslində bu bütün viruslar üçün keçərlidir, amma indi koronavirus yayıldığı üçün yenidən saqqal-bığ problem gündəmə gəlib.

Maska və respirator təmiz üz dərisinə hermetic oturur. Belə ki, üzdə çox sayda tüklərin olması virusun ağızla keçməsini 100-300 dəfəyə kimi artırır.

Yeganə olaraq bakenbard, çənədə xırda saqqal, karandaş bığ istisnadır.

Üzdəki tüklü hissə maska taxdıqda onun icində olmalı və nazik olmalıdır. Maskadan kənara çıxma varsa, o saqqal qırxılmalıdır. Əks təqdirdə maska taxmağın bir anlamı qalmır.

Saqqalından imtina etməyənlər isə saqqal və bığlarını hər gün antibacterial sabunla dərindən yuyub, köklərinə kimi spirtləməlidirlər.


Etiketlər:  Koronavirusdan qorunmaq üçün üzünüzü qırxın Kişilərə MƏSLƏHƏT


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ