Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünya Bankı yeni növ koronavirusla mübarizəyə 12 milyard dollar ayırır

Dünya Bankı yeni növ koronavirusla mübarizəyə 12 milyard dollar ayırır

Tarix: 4 Mart 2020 08:34

Dünya Bankı koronavirus epidemiyasına qarşı mübarizə üçün ilkin olaraq 12 milyard dollar ayırdığını açıqladı.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, DB inkişaf etməkdə olan ölkələrə "insanların epidemiyadan qorunması üçün səhiyyə sisteminin, xəstəliklərə nəzarətin, ictimai səhiyyə sahəsində tədbirlərin və iqtisadiyyata təsirin azaldılması məqsədilə özəl sektorla əməkdaşlığın gücləndirilməsinə kömək edəcək".

Yardım Dünya Bankına daxil olan təşkilatların - Beynəlxalq İnkişaf Assosiasiyasının, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının, Beynəlxalq maliyyə korporasiyasının xətti ilə təqdim olunacaq.


Etiketlər:  Dünya Bankı yeni növ koronavirusla mübarizəyə milyard dollar ayırır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ