Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2020 09:34
Ceyms Bond pərəstişkarları koronavirusun yayılması səbəbindən "Ölmək vaxtı deyil" filminin premyera tarixinin dəyişdirilməsini xahiş edirlər.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, kinomanların fikrincə bir ay sonra təqdimatı planlaşdırılan ekran işinin premyerası ərəfəsində ABŞ-da virusa yoluxan insanların sayı pik həddə çatacaq. Bu isə kinoteatrların bağlanmasına səbəb olacaq.
Film şirkəti isə pərəstişkarların bu müraciətinə heç bir münasibət bildirməyib.
Qeyd edək ki, "Ölmək vaxtı deyil" filminin premyerasının apreldə reallaşacağı gözlənilir.