Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Mart 2020 17:50
İsrail Səhiyyə Nazirliyi ölkədə 1000-dən çox məktəblinin karantinə alınması ilə bağlı qərar verib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Nazirlik yazılı açıqlama yayıb.
Bildirilir ki, şagirdlərin birində koronavirus aşkar edildikdən sonra belə qərar verilib.
Məktəblinin virusa İtaliyadan gələn yerli vətəndaşın işlədiyi oyuncaq mağazasında yoluxması ehtimal edilir.
Qeyd edək ki İsraildə koronavirusa 15 yoluxma faktı qeyd edilib.
İsrailin Səhiyyə Nazirliyi İtaliyadan və Cənub-Şərqi Asiya ölkələrindən qayıdan hamıya iki həftəlik karantin keçməsini, həmçinin, vətəndaşlara ölkəni lazımsız yerə tərk etməmələrini tövsiyə edib.