Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda koronavirusa yoluxanların sayı artdı

İranda koronavirusa yoluxanların sayı artdı

Tarix: 4 Mart 2020 18:04

"İranda yeni koronavirus (COVID 19) nəticəsində indiyədək 2922 nəfər yoluxub".

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin müdiri Kiyanuş Cahanpur deyib.

K.Cahanpurun sözlərinə görə, ötən sutka ərzində daha 586 nəfər bu virusa yoluxub

Cahanpur bildirib ki, ötən sutka ərzində 15 nəfər dünyasını dəyişib və İranda bu virus nəticəsində ölənlərin sayı 92-yə yüksəlib.

Qeyd edək ki, İranın Səhiyyə Nazirliyinin rəsmisi ötən gün 2 336 nəfərin yeni koronavirusa yoluxduğunu, 77 nəfərin dünyasını dəyişdiyini, 435 nəfərin sağaldığını bildirmişdi.


Etiketlər:  İranda koronavirusa yoluxanların sayı artdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ