Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Mart 2020 14:44
Teymur Rəcəbovun İddiaçılar turnirində iştirak etməyəcəyindən xəbərdarsız. FIDE-nın saytının yaydığı məlumata görə, 32 yaşlı qrossmeyster şəxsi səbəblərə görə turnirdən imtina edib. Ali şahmat qurumu Teymur Rəcəbovu fransalı Maksim Vaşye Laqravla əvəzləyib.
Sonxeber.net futbolpress.az-a istinadən xəbər verir ki, ancaq Teymur FIDE-nin açıqlamasının həqiqətə uyğun olmadığını açıqlayıb. O, "Instagram" hesabında şəxsi səbəblərə görə belə qərar vermədiyini yazıb.
Rəcəbovun imtinasının əsl səbəbi bəlli olub. O, sürətlə yayılan koronavirus epidemiyasına görə belə addım atıb. Teymurun atası Boris Şeynin bu barədə ARB TV-yə açıqlamasında bildirib.
O, FIDE-nin profilaktik tədbirləri yüksək səviyyədə qurmadığını və bu səbəbdən belə qərar verdiklərini söyləyib. Ali şahmat qurumu yarışın vaxtını dəyişməyə də razılaşmayınca Teymur yarışdan imtina edib.