Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2020 20:45
Çində koronavirusu müalicə edən dərmanın tapılması barədə məlumatlar birmənalı qarşılanmayıb.
Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, Çinin Rusiyadakı səfiri Çjan Xanxueya çinli həkimlərin koronavirusu müalicə etmək üçün effektiv dərman tapdıqlarını bildirəndən sonra məsələ tibb ictimaiyyəti tərəfindən müzakirə olunur.
Qeyd edək ki, səfir koronavirusu müalicə edən dərmanın sovet təbabətində malyariyanı uğurla müalicə edən "xloroxin fosfat"(Chloroquine) olduğunu açıqlayıb. Həmçinin bildirilib ki, Çin Rusiya istehsalı olan virus əleyhinə vasitə - "Arbidol"un koronavirusa qarşı təsirli bir dərman olduğunu tanıyıb. Səfirin sözlərinə görə, bu iki dərman ən təsirli hesab olunur.
Rusiyanın Seçenov adına Tibb Universitetinin professoru Artyom Gil isə deyib ki, çinli həmkarları "Arbidol"un koronavirus infeksiyasında müalicəsini effektivliyini təsdiqləyən klinik araşdırmalar haqda məlumatları yayana qədər bu haqda nəsə demək çətindir.
Çünki müasir elmi və tibbi standartlara görə, yalnız obyektiv sübutlar olduqda dərman effektiv, təsirli sayıla bilər. Bu isə uzun sürən və yüksək dəqiqlik tələb edən müasir bir araşdırma olmalıdır.
Rusiyalı mütəxəssis qeyd edib ki, Çin həkimlərinin və ictimai səhiyyə orqanlarının koronavirus infeksiyasının müalicəsi ilə bağlı qısa zamanda bu cür tam araşdırmalar apara bilmələri ehtimalı azdır: "Hər halda belə tədqiqatlarla bağlı elmi nəşrlər yoxdur".
Onun sözlərinə görə, müalicədə yalnız "Arbidol"un istifadəsindən, yəni bir çox digər müalicə tədbirləri ilə birlikdə yalnız hər hansı bir dərmanın effektivliyindən danışıla bilməz. Bəzi vasitələrin istifadəsi zamanı xəstənin halının yaxşılaşması hələ bu vasitələrin müalicəvi təsirini təsdiqləmir. Məsələn, soyuqdəymə zamanı xiyar yeyiriksə və sağalırıqsa, xiyarın soyuqdəyməni müalicə etdiyini söyləyə bilmərik...