Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bunlar insult riskini azaldırmış

Bunlar insult riskini azaldırmış

Tarix: 7 Mart 2020 21:45

Ölümə, əlilliyə səbəb olan xəstəliklər arasında insultlar ilk sıralarda gəlir. İnsult yaradan amillər haqda vaxtaşırı məlumatlar açıqlanır. Mütəmadi olaraq bununla bağlı risk faktorlarını açıqlayan mütəxəssislər, insult riskinin azaldılması üçün gündəlik həyat tərzi, qidalanma amilinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayırlar. Britaniyadan olan alimlərin apardığı araşdırma da bu baxımdan maraqlıdır.

Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, Oksford Universitetinin alimləri 9 Avropa ölkəsindən olan 418 min nəfər haqda məlumatları insult riski ilə bağlı təhlil ediblər. Onların qidalanma və həyat tərzləri, həmçinin sağlamlıq problemləri təxminən 12 il boyunca izlənilib.

Nəticələri "European Heart Journal"da dərc olunan araşdırmaya görə, gündə içilən bir stəkandan artıq süd beyin damarlarında tromb adlandırılan işemik insult riskini 5 faiz, bir kasa qatıq 9 faiz, gündə 200 qram meyvə-tərəvəz 13 faiz azaldır. Bunların hərəsinin 10 qram artıq qəbulu isə bu rikski 23 faizə qədər azalda bilir.

Amma gündə 20 qram artıq yeyilən yumurta beyin damarlarının deşilməsi ilə nəticələnən hemorragik insult riskini 25 faiz artırır. Meyvə-tərəvəz, süd məhsullarının yeyilməsi ilə hemmorragik insult arasında hər hansı bağlılıq aşkarlanmayıb.

Araşdırma müddətində 4281 işemik, 1430 hemorragik insult hadisəsinə rast gəlinib.

Qeyd edək ki, insultlar işemik və hemmorragik olmaqla iki qrupa ayrılır. Statistikaya görə, insultların 80-85%-i işemik, 15-20%-i isə hemorragik insultların payına düşür.


Etiketlər:  Bunlar insult riskini azaldırmış


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ