Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2020 21:03
İnək südündə zülal və kalsium vardır, lakin inəyin südü onun balasının orqanizmi üçündür. İnsan orqanizmi onu yaxşı mənimsəmir. Əgər süd sağılırsa, o artıq oksigenlə təmasdan dəyişir, zülal turşuyur, bu isə bizin orqanizmimizə heç lazım deyil.
Bəs nə etməli? Heç bir şey. Təbiətin qanunları ilə gedib, inək özü zülalı, kalsiumu hardan alırsa, biz də o mənbədən almalıyıq. Axı inək özü süd içmir.
Sonxeber.net medicina.az-a istinadən tərkibinə görə inək südündən geri qalmayan, əsl zülal və kalsium mənbəyi olan yaşıl süd iksiri reseptini təqdim edir.
İspanaq - 10 dəstə
Kahı 1 dəstə
Nanə təzə - bir dəstə
Su - 2stəkan
Göyərtilər yuyulur, suyu süzülür, blenderə qoyulub, üzərinə otaq hərarətində su alınır. Blenderdən keçirilib, sonra tənzifdən süzülür və elə təzə-təzə içilir.
Bu içki sizin hüceyrələrinizi zülalla təmin edib, immunitetinizi möhkəmləndirəcək.