Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2020 09:02
Fransada koronavirusdan xəstələnənlərin sayı 1412 nəfər təşkil edib, 25 nəfər xəstəliyin qurbanı olub.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu ölkənin ümumi sağlamlıq müdirliyinin rəhbəri Jerom Salomon deyib.
Ölənlər arasında 15 kişi və 10 qadın var. Ölənlərin əksəriyyəti - 21 nəfər - 70 yaşdan yuxarı olan insanlardır.
Daha əvvəl Fransada virusa 1191 nəfər yoluxduğu, qurbanların sayının 21 olduğu bildirilmişdi.
Xəstəliyin yayılması səbəbindən martın 8-də Fransa hakimiyyəti mindən çox insanın toplaşdığı tədbirləri qadağan etmək qərarına gəlib.