Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Mart 2020 21:06
Qazaxıstan hakimiyyəti ölkə tarixində ilk dəfə olaraq pedofili kimyəvi üsulla xədim edib.
Sonxeber.net medicina.az-a istinadən bildirir ki, qərarın icrası pedofiliyanın qarşısını almaq üçün bu cəza metoduna imkan verən yeni qanunun qəbulundan bir neçə ay sonra baş verib.
Səlahiyyətlilər açıqlama verib ki, Türküstan bölgəsindən olan, adı açıqlanmayan şəxsə Səhiyyə Nazirliyinin nümayəndələrinin nəzarəti altında iynə vurulub.
Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin fərmanı ilə uşaqlara təcavüz edənlərlə bağlı 2000 inyeksiya üçün 25 min dollardan çox vəsait ayrılmışdı.
Qanun qəbul edilərkən senator Bırqanım Aitimova bildirmişdi ki, xədimetmə "müvəqqəti" və "birdəfəlik" olacaq.