Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2020 08:16
Zaman-zaman elektron cihazlardan istifadədə onlar zədələnə bilərlər. Apple cihazlarının istifadəçiləri də bu vəziyyətlərdən sığortalanmayıblar. Cihazda yaranmış hansısa problemi aradan qaldırmaq üçün sadəcə olaraq şirkətin rəsmi texniki dəstək servisinə müraciət etmək lazımdır. Hər halda bugünə kimi vəziyyət elə idi. Məlum olub ki, zədələnmiş iPhone cihazlarının bərpası yaxın zamanda əsl problemə çevrilə bilər. Bu barədə Slashgear saytı xəbər verib.
Apple şirkəti öz texniki dəstək servislərinin əməkdaşlarına bəyanat göndərib. Həmin bəyanatda qeyd edilib ki, yaxın müddətdə cihazların təmir olunması nəzərdə tutulmuş komponentlərin qıtlığı yarana bilər. Əsas səbəb isə tam aydındır. Söhbət, Çindəki koronavirusdan gedir. Sözügedən virus səbəbilə Çindəki bir çox zavod hələ də öz istehsalat proseslərini bərpa etməyiblər. Onlardan bəziləri isə istehsalat güclərinin yalnız yarısını işə salıblar.
Bu səbəbdən Apple şirkətinin bir sıra texniki dəstək servisi komponent qıtlığı problemi ilə qarşılaşıb. Öz bəyanatında Apple şirkəti qeyd edib ki, vəziyyət 1 ay ərzində normal halına qayıda bilər. Lakin yaranmış problemin miqyası barəsində məlumat yoxdur. Şirkət artıq təmirə ehtiyac duyan cihazların poçt vasitəsilə istifadəçilərə qaytarılması prosesinə start verib. Bununla yanaşı şirkət həmin istifadəçilərə müəyyən müddətlik digər iPhone modellərinin icarəsi kampaniyasını da təklif edir.