Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Magistratura səviyyəsində kadr hazırlığının maliyyələşdirilməsi qaydalarında dəyişikliklər edildi

Magistratura səviyyəsində kadr hazırlığının maliyyələşdirilməsi qaydalarında dəyişikliklər edildi

Tarix: 12 Mart 2020 12:26

Azərbaycanda əyani təhsilalma formasında tədrisə qismən cəlb olunan tələbənin təhsilinin dövlət sifarişi əsasında maliyyələşdirilməsinə icazə verilməyəcək.

Təhsil Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, bununla əlaqədar "Azərbaycan Respublikasında ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura, əsas (baza ali) tibb təhsili və rezidentura səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kadr hazırlığının maliyyələşdirilməsi Qaydaları"na (bundan sonra Maliyyələşmə Qaydaları) dəyişikliklər edilib.

Qaydalara edilən dəyişikliklər əyani təhsilalma formasının tədrisə qismən cəlb olunma növü ilə bağlıdır:

"Belə ki, tədrisə qismən cəlb olunan tələbənin təhsil müddəti normativ təhsil müddətindən 2 və daha çox il müddətinə uzana bilər. Bu isə tələbənin normativ müddətdən artıq müddətdə maliyyələşdirilməsi məsələsində müəyyən çətinliklər yaradırdı. Bu səbəbdən Maliyyələşmə Qaydalarına müvafiq dəyişikliklər edilmiş və əyani təhsilalma formasında tədrisə qismən cəlb olunan tələbənin dövlət sifarişi əsasında maliyyələşdirilməsinə icazə verilmədiyi, eləcə də tədrisə tam cəlb olunma (fulltime) növündən tədrisə qismən cəlb olunma (parttime) növünə keçən tələbənin dövlət sifarişinin ləğv edildiyi barədə müvafiq bəndlər qaydalara əlavə olunub.

Xatırladaq ki, tədrisə qismən cəlb olunma (parttime) ixtisasın tədris planına uyğun, hər semestrdə iki fəndən az olmamaqla, tədris qrafiki tələbə tərəfindən planlaşdırılan əyani təhsilalma formasının növüdür.

Azərbaycanda bu tədris forması 2017-ci ildən tətbiq edilir.


Etiketlər:  Magistratura səviyyəsində kadr hazırlığının maliyyələşdirilməsi qaydalarında dəyişikliklər edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ