Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aston Martin şirkətinin kolleksiya modelinin şəkilləri peyda olub - FOTO

Aston Martin şirkətinin kolleksiya modelinin şəkilləri peyda olub - FOTO

Tarix: 13 Mart 2020 00:00

Aston Martin şirkətinin buraxacağı yeni kolleksiya modelinin şəkilləri peyda olub. Aston Martin V12 Speedster adlandırılacaq model Ferrari Monza "əkizlərinin" və McLaren Elva barkettasının birbaşa rəqibi olacaqdır. Kolleksiya modeli 88 nüsxəlik tirajla buraxılacaqdır.

Sonxeber.net autograph.az-a istinadən bildirir ki, Britaniya markası keçən il peyda olmuş şayiələri təsdiqləyərək, yeni spidster barədə bəzi təfərrüatları açıqlayıb. Yeni avtomobilin üzərində iki bölmə çalışıb: Q byAston Martin studiyası və Aston Martin Design dizayn mərkəzi. Superkarın yaradılması və kiçik həcmli istehsala hazırlanması bir ildən çox vaxt tələb edib. Yeni spidster "avtomobil həvəskarlarına" və kolleksiyaçılara ünvanlanıb. Yeni modelin yaradılması zamanı dizaynerlər  iki Aston Martin modelindən ilham alıblar.

Aston Martin V12 Speedster modeli 1959-cu ilin "Le Manın 24 saatı" və "Nurburqrinqin 1000 kilometri" marafonlarının qalibi olmuş tarixi DBR1 yarış avtomobiinin, həmçinin 2013-cü ildə debüt edən CC100 yubiley spidsterinin cizgilərini özündə cəmləşdirib. Sonuncu model markanın 100 illik yubileyi şərəfinə iki nüsxədə buraxılıb və hazırda hər iki avtomobil özəl kolleksiyalarda saxlanılır.

Aston Martin V12 Speedster barkettası iki turbokompressorlu  5.2-litrlik V12 mühərriki ilə təchiz ediləcəkdir. Güc aqreqatının hasilatı  700 at qüvvəsi və 700 Nm fırlanma anıdır. Bu aqreqat, Aston Martin  DB11 AMR və məhdud saylı Aston Martin DBS GT Zagato modellərində quraşdırılır. Qutu - transaxle üsulu ilə quraşdırılmış (arxa oxa köçürülmüş) 8-pilləli ZF "avtomat"-dır.


Etiketlər:  Aston Martin şirkətinin kolleksiya modelinin şəkilləri peyda olub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ