Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2020 12:24
"Azərbaycan xarici ticarət həcmini, eləcə də milli iqtisadiyyatın qeyri-xammal sektorlarının artımını qoruyub saxlasa, böhranın mənfi nəticələrindən müdafiə oluna biləcək".
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə rusiyalı iqtisadçı ekspert Stanislav Tkaçenko deyib.
Onun sözlərinə görə, bu, ekspertlərin "kiçik açıq iqtisadiyyat" adlandırdıqları dövlətlər üçün islahatların strateji məqsədi hesab olunur:
"Azərbaycan məhz belə dövlətdir. Onun üçün dünya ticarət sistemindən təcrid olunmaq təhlükəlidir, çünki bu, iqtisadiyyatın artımını və vətəndaşların həyat şərtlərinin yüksəlməsini ləngidə bilər. Neft hasil edən ölkələr dövlət xərclərini azaltmağı, əmək məhsuldarlığını yüksəltməyi, dövlət büdcəsini balanslaşdırılmasını öyrənməlidir. Bunda qorxulu heç nə yoxdur, dövlətlərin böyük əksəriyyəti bu cür yaşayır. Amma indiki vəziyyətdən yeni dövrə keçid asan olmayacaq. Əgər əvvəllər neft qiymətlərinin 80-100 dollar ətrafında olacağını ümid etmək mümkün idisə, indi bir barelin qiymətinin 50 dollar təşkil etməsi arzuların həddi olacaq. Dünya iqtisadiyyatı neftin çoxluğu dövrünə qədəm qoyub və neft hasil edən ölkələr bununla barışmalıdır".
Ekspert bildirib ki, böhran vəziyyətində udan tərəf olmur, çünki bütün aktivlər - xidmətlər, məhsullar, qiymətli kağızlar, işçi qüvvəsinin dəyəri ucuzlaşır:
"Böhran müddətlərində ABŞ dolları, eləcə də qızıl və digər qiymətli metallar bahalaşır. Amma bu artım uzun müddət davam etmir, əgər birjada iştirak etmirsinizsə, buna ümumiyyətlə əhəmiyyət verməmək də olar".
S.Tkaçenko əlavə edib ki, avstriyalı iqtisadçı Yozef Şumpeter iqtisadi böhranları bazar iqtisadiyyatının inkişafına düzəlişlər gətirən amillər adlandırırdı:
"O vurğulayırdı ki, on ildən bir baş verən böhranlar dövlətləri və şirkətləri islahatların keçirilməsini tezləşdirməyə vadar edir. İndi Azərbaycan ciddi siyasi və iqtisadi prosesindədir. Ona görə də bazardakı indiki təlatümlər bir neçə il əvvəl seçilmiş kursun doğruluğunu bir daha sübut edəcək. İqtisadi və struktur islahatlar strategiyasını dəqiq hazırlayıb qətiyyətlə reallaşdırmaq lazımdır".