Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Play marketdə qaranlıq rejim istifadəyə verildi

Play marketdə qaranlıq rejim istifadəyə verildi

Tarix: 14 Mart 2020 21:08

Son zamanlar müxtəlif tətbiq və sosial şəbəkələr qaranlıq rejimi istifadəyə verməklə gündəmdədir. Bugündən Play store də qaranlıq rejimi bütün istifadəçilərin ixtiyarına verib.

Milli.Az ted.az-a istinadən bildirir ki, Play store qaranlıq rejimi bir neçə gün öncə istifadəyə versə də, ondan yalnız Android 10 sisteminə sahib mobil telefonu olanlar yararlana bilirdilər. Bugündən isə belə məhdudiyyətlər aradan qaldırılıb. Mütəxəssislər bu yeniliyi gecələr insanları narahat edən parlaq işığın təsirini azaltmaq məqsədilə tətbiq etdiklərini bildiriblər.

Qaranlıq rejimi tətbiq etmək üçün Play Storedə parametrlər bölümünə, daha sonra "mövzu seçimi" hissəsinə daxil olmaq kifayətdir. Istifadəçilərə tünd və açıq rəngli qaranlıq rejimlər arasında seçim etmək imkanı da verilib.

Milli.Az


Etiketlər:  Play marketdə qaranlıq rejim istifadəyə verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ